Dünyaca tanınmış ulduzlardan Türkiyəyə dəstək – Duyğularını belə açıqladılar…

  • By arzu
  • 07 Fevral 2023 18:08

Dünyanın tanınmış sənət ulduzları qardaş Türkiyədə yaşanan zəlzələ ilə bağlı paylaşım ediblər.

 

HTML tutorial

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə dəstəklərini ifadə edən ulduzlar arasında Antonio Banderas, Russel Crowe, Mark Ruffalo, Dua Lupa, Mark Eliyahu, George Takei, Evqeni Qrinko, Ynqvie Malmstin, Corc Takey, Manowar və Ellen Degerenesin adları var.

Yaşanan faciə ilə bağlı üzüntülərini paylaşan “Oskar “mükafatlı Russel Crowe özünün “Twitter” səhifəsində “Ah Türkiyə! Qəlbim… Xəbərlər çox pis” cümləsinə yer verib.

 

Oyunçu və rejissor Antonio Banderas “İnstagram”dan etdiyi paylaşımda zəlzələnin yaşandığı bölgəni xəritəsinin paylaşaraq yaşanan faciə səbəbi ilə türk və Suriya xalqına həmrəyliuini ifadə edərək onları qucaqladığını bildirib.

 

3 “Qrammi” mükafatının qazanan ingiltərəli ulduz Dua Lupa bunları yazıb:

“Türkiyə üçün üzgünəm. Zəlzələdən əziyyət çəkənlərə sevgilərimi və dualarımı göndərirəm”.

 

“Oskar” mükafatlı Mark Ruffalo “Yardım etmək istəyirsinizsə, bu insanlar Türkiyədə axtarışlar edir”, deyə vurğulayıb.

 

“Kosmos Yolu” filminin oyunçusu Corc Takey öz paylaşımında yazıb: “Türkiyədə və Suriyada yaşanan iki güclü zəlzələnin dağıntısı və ölümlər qarşısında dilim tutuldu. Dünya minlərlə qurbana yardım etmək üçün əlindən gələni etməlidir”.

 

Dünyaca tanınmış rus pianoçu Evqeni Qrinko “İnstagram”dan etdiyi paylaşımda zəlzələyə görə kədərləndiyini bildirib. “”Başınız sağ olsun. Yaralılara keçmiş olsun, diləklərimi çatdırıram. Qəlbim sizinlədir”, – deyə vurğulayıb.

 

İsveçli gitara ustası Ynqvie Malmstin özünün “Twitter” səhifəsindən bunları paylaşıb: “Dualarım zəlzələdən təsirlənən türk və Suriya xalqı ilə birlikdədir”.

 

Amerikalı “Manowar” qrupu sosial mediadan etdiyi paylaşımda qrup üzvlərinin zəlzələdən dərindən üzüldüyünü vurğulayıb. “Həyatda qalanlara səbr, sevdiklərini itirənlərə başsağlığı veririk”, – deyə yazıb.

 

Ellen Degeneres isə “İnstagram” hesabından etdiyi paylaşımda zəlzələ səbəbi ilə, Türkiyə və Suriyada minlərlə insanın həyatını itirdiyini, minlərlə insanın isə dağıntılar altında xilas edilməyi gözlədiyini yazaraq ölkələrarası yardım edilə biləcək saytların linkini paylaşıb.

 

Antonio Banderas isə “Türkiyə və Suriya xalqına sarılıram. Son bir neçə saat içində təsviredilməz bir faciə yaşadılar. Hər birinə mətanət diləyirəm”, – deyə bildirib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info