Dünyada ən çox siqaret çəkən ölkələrin adları açıqlandı - SİYAHI

  • By admin
  • 27 Aprel 2017 11:44
 siqaret
“Əgər ötən əsrin 60-cı illərində ABŞ-da siqaret çəkənlərin sayı ölkə əhalisinin  52 faizini təşkil edirdisə, 2010-cu ildə bu göstərici 21 faizə enib. Eyni zamanda, Yaponiyada, digər inkişaf etmiş ölkələrdə də 60-cı illərlə müqayisədə 2010-cu ildə və sonrakı illərdə siaqret çəkənlərin faizində əhəmiyyətli azalma müşahidə olunub. Bunlar da havadan götürülmüş rəqəmlər deyil, dəqiq statistikadır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov aprelin 27-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda parlamentin 5 komitəsinin birgə təşkil etdiyi Dəyirmi masada cıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu azalma da əsasən siqaret çəkənlərin yerlərinin məhdudlaşdırılması nəticəsində mümkün olub.
” Ancaq Azərbaycanda bu məsələ ilə bağlı  dəqiq statistika yoxdur. Onu da deyim ki, dünyadan ən çox siqaretdən istifadə edən ölkələr bunlardır: Monqolustan, Rusiya, Serbiya, Bolqarıstan, Yunanıstan, Moldova… Yəqin ki, bizdə də MDB ölkələrində olan rəqəmə yaxın bir rəqəm, faiz göstəricisi var…”-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info