Dünyada ən yüksək göstərici: Bu ölkədə 3 milyon uşaq didərgin düşüb

  • By admin
  • 30 Oktyabr 2023 16:30

Sudandakı silahlı münaqişə nəticəsində təxminən 3 milyon uşaq ölkə daxilində didərgin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatında deyilir.

Qeyd olunur ki, bu, dünyada ən yüksək göstəricidir.

UNICEF qeyd edib ki, vətəndaş zorakılığının artması getdikcə daha çox uşağın zorakılıq, sui-istifadə və istismar riski ilə üzləşərək evlərini tərk etməsinə səbəb olub.

“Müharibə dayandırılmalıdır ki, uşaqlar təhlükəsiz, sağlam, öyrənə və oynaya bilsinlər”, – məlumatda deyilir.

Sudanda hökumət ordusu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında aprelin 15-dən bəri toqquşmalar davam edir.