Dünyada 800 milyondan artıq insanın gündəlik gəliri 1,25 dollardan da aşağıdır - ƏHLİMAN ƏMİRASLANOV

  • By admin
  • 25 Dekabr 2017 12:42

“Azərbaycan dayanıqlı inkişafın təmin olunmasının əsas hədəflərindən biri dünyada yoxsulluğun tamamilə azaldılması və gələcəkdə bunu aradan qaldırılmasına yönəlib. Çünki yoxsulluq dayanıqlı inkişafa təsir edən ən ciddi maneələrdən biridir. Yoxsulluq eyni zamanda insan sağlamlığına mənfi təsir edən amillərdən hesab olunur. Ona görə ki, bu gün dünyada 800 milyondan artıq insanın gündəlik gəliri 1,25 dollardan da aşağıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlanmentin rolu” mövzusunda keçirilən konfransda parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, bu gün dünyada hər 9 insandan biri qida çatışmazlığı ilə üzləşir: “Bütün bu amillər dayanıqlı inkişafa maneçilik törədir”.

Komitə sədri deyib ki, yoxsulluğun aradan qaldırılması, insanların sağlamlaığı istiqamətində xeyli işlər görülsə də, hələ də ciddi problemlər mövcuddur: “Bunlardan biri ana və uşaq ölümü ilə bağlı olan məsələdir. Düzdür, son 20 ildə ana və uşaq ölümü yarıbayarı azalsa da, hazırda dünyada il ərzində 6 milyon 5 yaşınadək uşaq dünyasını dəyişir”.

Komitə sədri deyib ki, Azərbaycanda da ana və uşaq ölümünün qarşısının alınması istiqamətində xeyli işlər görülüb və görülməkdədir: “Ümumiyyətlə, Azərbaycan parlamentində əhalinin sağlamlığının qorunması istiqamətində xeyli sayda qanun və qərarlar qəbul edilib. Bu gün Azərbaycanda əhalinin sağlamlığının müdafiəsi istiqamətində 12 səhiyyə proqramı icra olunmaqdadır. Hansı ki, bu rpoqramlar ağır xəstəliklərin müalicəsinə və onların proflaktikasının aradan qaldırlmasına yönəlib”.

O əlavə edib ki, bu gün dünyanın üzləşdiyi ən ciddi problemlərdən biri içməli su problemidir: “Bu gün dünyanın 40 faiz əhalisi içməli su problemindən əziyyət çəkir. Bu problemin həlli istiqamətində ciddi işlər görülməzsə 2030-cu ilədək dünya əhalisinin içməli su problemi iki dəfəyədək arta bilər. Bundan əlavə, iqlim dəyişikliyi, ekolji tarazlıq, biomüxtəlifliyin qorunması əsas ciddi məsələlərdən biridir və bu sahələrə ciddi diqqət yetirmək lazımdır. Son olaraq demək istərdim ki, Azərbaycan parlamenti dayanıqlı inkişafın təmin olunmasında işlər görüləcək”.

Mürtəza

Gununsesi.info