Dünyada bənzəri olmayan almaz tapıldı

  • By admin
  • 05 Oktyabr 2019 19:08
Rusiyada daha öncə kəşf edilməmiş bir almaz tapılıb. Sözügedən almaza içində başqa bir almaz olduğu üçün “Matruşka” adı verilib.
Gununsesi.org xəbər verir ki, Rusiyaya bağlı Yakutistanda dünya almaz mədənçilik tarixində daha öncə rast gəlinməyən bir almazın kəşf edildiyi açıqlanıb. Tapılan almazın içində sərbəst şəkildə hərəkət edən başqa bir almaz olduğu bildirilib.
“Matruşka” adı verilən almaz Rusiya mərkəzli mədənçilik şirkəti olan “Alrosa”nın almaz çıxarma prosesi zamanı tapılıb.
Elm adamları araşdırmanın nəticələrinə görə, “Matruşka” almazının necə əmələ gəldiyinə dair bir fikir irəli sürüb. Mütəxəssislər əvvəlcə iç qismi əmələ gələn almazın daha sonra üz hissəsinin əmələ gəldiyini təxmin etdiklərini bildirib.