Dünyada bir ilk: “Tam yenilənə bilən enerji pili hazırlandı” – Tərkibində badam, dəniz yosunları var / FOTOLAR

  • By admin
  • 15 Aprel 2023 11:44

İtaliya Texnologiya İnstitutunun(İİT) araşdırmaçıları günlük həyatda yemə olaraq işlədilən məhsullardan istifadə edərək “tam yenilənə bilən” enerji hazırlamağı bacarıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanı Milan şəhərindəki İİT-nın Çap və Molekulyar Elektronik Laboratoriyasının Koordinatoru Mario Kayroni rəhbərliyindəki çalışma qrupu gerçəkləşdirib.

 

Bu, Kayroni və komandasının yenilənə bilən elektronik materiallar və ya yenilənə bilən maddələrin içinə qoyula biləcək elektronik cihazlar emal etmək istəyi ilə və yan məhsulların elektronik özəlliklərinin analizi üzrə intensiv çalışmaları ilə mümkün olub.

“NTV”nin xəbərinə görə, yenilənə bilən elektronika elminin isə həzm sistemi xəstəliklərinin diaqnozu və sağaldılması ilə yanaşı, qida keyfiyyətinin izlənilməsinə  yönəlik cihazların hazırlanması ilə maraqlandığı bu mövzudakı önəmli çətinliklərdən birinin bu istəklə işlədiləcək yenilənə bilən güc qaynaqlarının emal olduğu qeyd edilib.

Enerji pilində baram, kapari və dəniz yosunları işlədilib 

Araşdırmaçılar canlılarda yaranan bio-kimyəvi redoks reaksiyalarından ilhamlanaraq pilin icadında badam, kapari və nori yosununu işlədib.

Pildə anod olaraq işlədilən riboflavin badamdan, katod olaraq işlədilən kuersetin isə kaparidən əldə edilib.

 

Qısa dövrələri önləmək üçün pillərdə gərəkli olan ayırıcı üçün suşi də istifadə edilib. Noi yosununun da işlədildiyi bu araşdırma üçün elektrik keçiriciliyini artırmaq üçün aktiv kömür və su əsaslı elektrolitdən istifadə edilib.

Ayrıca, elektrodlar, sellülozdan hazırlanmış, qızıl folqalardan istifadə edilib.

Bu çalışma ilə bir neçə saat müddətlə 0.65 Voltluq elektrik emal edilir. Batereya zəif güclü LED-lər kimi, kiçik elektronik cihazlara məhdud zaman üçün güc təmin edir. Örnək üçün, yenilənə bilən pil 12 dəqiqə boyunca 48 mikro amper və ya bir neçə mikro amperlik cihazlara bir neçə saat enerji axımı verəə bilir.

 

DÜNYADA İLK

 

İlk dəfə və yenilənə bilən enerji pili elektronik tətbiq sayılır.

Araşdırma “Advanced Materials Journal” adlı dərgidə yayımlanıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info