Dünyada heç bir ekspert yoxdu ki, 2 gün öncəki qəza ilə bağlı dəqiq bilgi versin -Yücel Karauz

  • By admin
  • 02 Dekabr 2021 15:52

“Dünyada heç bir ekspert yoxdu ki, 2 gün öncəki qəza ilə bağlı dəqiq bilgi versin. Nəticələri gözləmək lazımdı. Doğru və dəqiq dəyərləndirmək lazımdır. Röya və xəyal danışanlar yanlış yoldadırlar”

Gununsesi.info xəbər verir ki, bu sözləri Moderator.az-a Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz bildirib.

Bu helikopter qəzaları Türkiyədə və dünyada müxtəlif zamanlarda baş verən bir hadisədir. Səbəbləri xidmət göstərənlərdən qaynaqlanır. Pilotun sağlığı və təhsili ilə bağlı problem ola bilər. Birinci faktor insan qaynağıdır. İkinci faktor makinaya bağlıdır. Helikopterin texniki çalışma sistemi, motoru, onu havada tutan sistemlərdə problemlər yarana bilər. Onların çalışa bilməməsi texniki problemdir. Digər səbəb isə təbiətlə bağlı faktordur. Hava birdən-birə tutula bilər. Növbəti ehtimal isə helikopterin kənar müdaxilə ilə düşürülməsidir. Bir terror bölgəsindəysən, savaşdaysan, düşmən bu, tərəfindən törədilə bilər. Bu səbəblərdən başqa məsələni başqa yerə bağlayanların şahidi olduq. Həyatında heç zaman helikopterə minməyən, aviasiya nədir, helikopter necə idarə edilir, niyə belə bir qəza meydana gəldiyini bilməyən “ekspertlər” – i gördük sosial mediada. Bu son dərəcə səhv bir addımdır. Milləti dövlətə, kəşfiyyatına, silahli ordusuna qarşı güvənsiz göstərməyə çalışan qüvvələrin oyuncağı halına gəldilər. Bu cür qəza olduqda, o bölgənin nəzarətə götürülməsi lazımdır. Fərqli niyyətləri olan insanların orda olması, dəlillərin lazımsız insanlar tərəfindən şəklinin çəkilib sosial mediada xatirə kimi paylaşmasının qarşısı alınmalı idi. Qəza incələmə komandası o bölgədə parçaların dağıldığı bütün dəlillərlə qəzanın səbəbini aça bilər. Sonra da bu toplanan dəlillər laboratoriyada incələnməlidir. Bunlar olmadan, dövlət rəsmi açıqlama etmədən məsələdən bixəbər insanların şoumenlik edirlər. Xalq da bilmədən sosial mediada duygularla hərəkət edərək məsələni yanlış dəyərləndirirlər. Keçmişdə də belə hadisələr olmuşdu. Bu oyuna gəlməmək lazımdır. Bu qəza sadəcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində baş verir.
Dünyada heç bir ekspert yoxdu ki, 2 gün öncəki qəza ilə bağlı dəqiq bilgi versin. Nəticələri gözləmək lazımdı. Doğru və dəqiq dəyərləndirmək lazımdır. Röya və xəyal danışanlar yanlış yoldadırlar.
“Bu helikopter qəzaları Türkiyədə və dünyada müxtəlif zamanlarda baş verən bir hadisədir. Səbəbləri xidmət göstərənlərdən qaynaqlanır. Pilotun sağlığı və təhsili ilə bağlı problem ola bilər. Birinci faktor insan qaynağıdır. İkinci faktor makinaya bağlıdır. Helikopterin texniki çalışma sistemi, motoru, onu havada tutan sistemlərdə problemlər yarana bilər. Onların çalışa bilməməsi texniki problemdir. Digər səbəb isə təbiətlə bağlı faktordur. Hava birdən-birə tutula bilər. Növbəti ehtimal isə helikopterin kənar müdaxilə ilə düşürülməsidir. Bir terror bölgəsindəysən, savaşdaysan, düşmən bu, tərəfindən törədilə bilər. Bu səbəblərdən başqa məsələni başqa yerə bağlayanların şahidi olduq. Həyatında heç zaman helikopterə minməyən, aviasiya nədir, helikopter necə idarə edilir, niyə belə bir qəza meydana gəldiyini bilməyən “ekspertlər” – i gördük sosial mediada. Bu son dərəcə səhv bir addımdır. Milləti dövlətə, kəşfiyyatına, silahli ordusuna qarşı güvənsiz göstərməyə çalışan qüvvələrin oyuncağı halına gəldilər. Bu cür qəza olduqda, o bölgənin nəzarətə götürülməsi lazımdır. Fərqli niyyətləri olan insanların orda olması, dəlillərin lazımsız insanlar tərəfindən şəklinin çəkilib sosial mediada xatirə kimi paylaşmasının qarşısı alınmalı idi. Qəza incələmə komandası o bölgədə parçaların dağıldığı bütün dəlillərlə qəzanın səbəbini aça bilər. Sonra da bu toplanan dəlillər laboratoriyada incələnməlidir. Bunlar olmadan, dövlət rəsmi açıqlama etmədən məsələdən bixəbər insanların şoumenlik edirlər. Xalq da bilmədən sosial mediada duygularla hərəkət edərək məsələni yanlış dəyərləndirirlər. Keçmişdə də belə hadisələr olmuşdu. Bu oyuna gəlməmək lazımdır. Bu qəza sadəcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində baş verir”.
Gununsesi.info