
ABŞ-ın “Neuralink” neyrotexnologiya şirkətinin qurucusu İlon Mask insana ilk dəfə beyin çipinin yerləşdirildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, X sosial media hesabındakı paylaşımında Mask ilk dəfə “Neuralink” tərəfindən insan implantı edildiyini bildirib.
Bərpa prosesinin yaxşı getdiyini bildirən Mask ilk nəticələrin “ümid verici” olduğunu bildirib.
Mask ilk istifadəçilərin əzalarını istifadə etmə qabiliyyətini itirmiş insanlar olacağını qeyd edib.
“Neuralink” 2023-cü ilin may ayında beyin çipi layihəsinin insan sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) razılıq alındığını açıqlayıb. Qeyd edilib ki, əvvəllər meymun və donuzlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.
Mask və bir qrup mühəndis tərəfindən 2016-cı ildə qurulan “Neuralink” beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etmək və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.
Mask alzaymer, demans və parkinson kimi xəstəliklərin insan beyninə yerləşdiriləcək çiplərlə müalicə oluna biləcəyini müdafiə edir. Donuz üzərində aparılan təcrübələrdən müsbət nəticələr alındığı bildirilir.
Mask tərəfindən 2016-cı ildə qurulan şirkət insan beyninin içərisinə yerləşdirilə bilən simsiz mikrokompüter interfeysləri ilə insan beyni haqqında məlumat toplamağa çalışır. Şirkətin və rəhbərinin əsas iddiası insan beyninə yerləşdirilən çiplərlə alzaymer, demans və onurğa zədəsi kimi xəstəliklərin sağalmasıdır.
Gununsesi.info