Dünyada ilk dəfə insan başının transplantasiyası həyata keçirilib


Çində dünyada ilk dəfə meyit üzərində insan başının transplantasiyası uğurla həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, bu əməliyyatla bağlı Vyanada keçirilən mətbuat konfransında italiyalı cərrah Serco Kanavero bildirib.

Onun sözlərinə görə, əməliyyat 18 saat çəkib. Əməliyyat zamanı onurğa sütunu, sinir və qan damarlarını bərpa etmək mümkün olub.

İtaliyalı cərrah bildirib ki, canlı insan üzərində belə əməliyyatın keçirilməsi də yaxın zamanlarda mümkün olacaq.

Gununsesi.info