Dünyada ilk dəfə: APTEKLƏRDƏ MARİXUANA SATILACAQ

  • By admin
  • 03 May 2017 15:58

MARİXUANA

2013-cü ildə Uruqvay parlamenti bir çox ölkədə narkotik maddə kimi qəbul edilən marixuananın leqal şəkildə istehsalını, yayılmasını və satışını tənzimləyən qanun layihəsini qəbul edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq qanun layihəsi ölkə Senatı tərəfindən təsdiq edilib.

Belə ki, Uruqvay marixuananın istifadəsini leqallaşdıran ilk Latın Amerikası ölkəsi olacaq. Artıq iyul ayından etibarən əczaxanalarda narkotik maddə kimi qəbul edilən marixuananın satışı həyata keçiriləcək.

Bununla belə, yeni qanun marixuana ticarətini nəzarətsiz buraxmayacaq. Marixuananın istehsalı və satışı üçün lisenziya almaq lazım olacaq. Eyni zamanda bu gündən marixuana almaq istəyən şəxslər qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, əczaxanalarda marixuana beş və 10 qramlıq paketlərdə, qramı 1.30 ABŞ dollarına satılacaq. Qanuna uyğun olaraq hər kəs həftədə ancaq10 qram çəkisində marixuana ala biləcək.

Hazırda 30 əczaxanada marixuananın satışına icazə verilib. Uruqvayda qanunlar çərçivəsində vətəndaşlar evlərində marixuana yetiştirə ya da dövlətin nəzarətində olan klublara üzv olaraq, toplu olaraq istehsalını həyata keçirə bilərlər.

Anar

Gununsesi.info