Dünyada ilk dəfə bədii filmdə baş rola robot çəkiləcək

  • By admin
  • 21 İyul 2020 07:24

Xirosi İsiquro və Kohey Oqavanın yaratdığı “Erik” adlı süni intellektə malik robot yeni elmi-fantastik döyüş filmində baş rola çəkilir.

Gununsesi.org bildirir ki, bu barədə “Report” THR-ə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, kino aləmində ilk belə çəkilişdir.

Nəşrin məlumatına görə, filmdə insan DNT-sindən yeni molekul yaratmağa çalışan alimdən bəhs edilir. Hansısa bir anda o anlayır ki, işinin faydası pisliyindən çox olacaq. Filmdə alimin hazırladığı baş qəhrəman “Erik” ona laboratoriyadan qaçmağa kömək edir.

Ekran əsərinin yaradıcı heyəti robotun hansı genetik sınaqlarla bağlı olduğunu açıqlamayıblar.

“Erik” adlı robot

“Oyuna şəxsi həyat təcrübəsini qoşulan real aktyorlardan fərqli olaraq, “Erik” sıfırdan yaradılıb. Biz onu personaj kimi inkişaf etdirmək üçün üzbəüz sessiyaların köməyi ilə robotun hərəkətlərini və emosiyalarını modelləşdirməli olduq”, – layihənin prodüseri Sem Xoze deyib.

Filmi kimin çəkəcəyi hələlik məlum deyil. Qeyd edilir ki, rejissor hələ seçilməyib.

THR qeyd edib ki, yeni ekran əsərinin büdcəsi 70 milyon ABŞ dolları təşkil edəcək və çəkilişlər 2021-ci ildə Avropada başlanacaq.

Gununsesi.org