Dünyada ilk dəfə heyvanlara qarşı koronavirus peyvəndi Rusiyada qeydə alındı

  • By admin
  • 31 Mart 2021 19:55

Rusiyanın dünyada ilk olaraq heyvanlar üçün yeni koronavirus növünə qarşı peyvəndi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rosselxoznadzor” rəhbərinin müavini Konstantin Savenkov açıqlayıb.

Dərmana “Karnivak-Kov” adı verilib.

Savenkovun sözlərinə görə, vaksin “Rosselxoznadzor”a tabe olan “Federal Heyvan Sağlamlığı Mərkəzi” tərəfindən yaradılıb.

O, “Karnivak-Kov”un heyvanlar üçün COVID-19-a qarşı dünyada ilk və yeganə profilaktik dərman olduğunu vurğulayıb.

Gununsesi.info