Dünyada internet qadağaları və onların fəsadları - VİDEO

  • By admin
  • 11 Mart 2021 12:12

 

Myanmada gecə internetin kəsilməsi bir çox hökumətlər tərəfindən böhran dövründə tətbiq olunan strategiyanın bir hissəsidir. Amma bunun nəticəsinə qatlanmalısan.

HTML tutorial

Myanmada gecə. Ölkə rəqəmsal komendant saatına daxil olur.

Səhər insanlar telefonlarında internetin açıq olub-olmadığını yoxlayır. Ardınca hərbi xuntanın blokladığı Facebook, Twitter və digər saytlara daxil olmaq üçün minlərlə insan “Psiphon” applikasiyasından istifadə edir.

Kanadanın Toronto şəhərindəki ofisində Psiphon prezidenti Maykl Hall insanların “Psiphon”un serverlərinə girməyə tələsdiyini görə bilər. “Psiphon” Amerikanın Səsi kimi media qurumları ilə işləyir.

“Daxil olanların sayı misilsizdir və bizim nəzərimizə görə, Psiphonun nöqteyi-nəzərindən, şəbəkə bərpa olunduqdan sonra da Psiphon şəbəkəsindən istifadə etmək məcburiyyətində qalan insanların sayı yeni bir fenomendir” – deyə, Maykl Hall qeyd edib.

Fevralın 1-də nəzarəti ələ keçirən Myanma hərbi hökumətinin niyə gecə internet bloklamaları həyata keçirdiyi aydın deyil. Hökumətlər ümumiyyətlə internetin kəsilməsinin böhran zamanı təhlükəsizliyin qorunmasına kömək etdiyini iddia edirlər. Hökumət ələ keçiriləndən sonra Myanmada etirazlar baş qaldırıb və onlarla nümayişçi həyatını itirib.

“Problem bundadır ki, bütün internet materialları başqa bir şeyin əvvəlidir…daha çox basqılara, sərt güc tətbiqinə, dinc nümayişçilərin daha çox tutulmasına başlanğıcdır” – deyə, Birləşmiş Millətlər Təşkilatının sabiq xüsusi elçisi Deyvid Kaye bildirib.

Qeyri-kommersiya rəqəmsal hüquqlar qrupu “Access Now”nun məlumatlarına görə, 2020-ci ildə 29 ölkədə 155 internet bağlanması qeydə alınıb. Əvvəlki iki ilə nisbətən daha az olsa da, məhdudiyyətlər hələ də zərər verir.

Əsasən Hindistan Kəşmirində 109 bloklama ilə Hindistan ən yüksək göstəriciyə malik idi.

Belarusda prezident seçkilərindən sonra avqust ayında internet 61 saatlıq qapadılmışdı.

Qapatmalara əlavə olaraq, bəzi hökumətlər şəbəkəyə yeni senzuralar və nəzarət mexanizmləri tətbiq edir. Kamboca tənqidçilərin fikrinə görə, hökumətə internet istifadəçilərini izləmək və onlara senzura tətbiq etmək imkanı verəcək internet aləti yaradır. ABŞ Dövlət Departamentinin sözçüsü bununla bağlı narahatlığını dilə gətirib.

“Burada ABŞ-da olan xeyli sayda Xmer amerikalıları var. Biz ailələri və ölkədəki dostları, qohumları ilə həqiqətən danışa bilmələrini təmin etmək istəyirik” – deyə, Dövlət Departamentinin mətbuat katibinin müavini Calina Porter bildirib.

Myanma kimi bir yerdə internetin kəsilməsi və sosial media saytlarının bloklanması iqtisadi xərclər və siyasi risklə nəticələnir.

“Onlar da çox məşhur deyillər. Bilirsiniz, həqiqətən informasiya axınını bağlamaq istəyir, çünki insanlar internetə güvənirlər” – Birləşmiş Millətlər Təşkilatının sabiq xüsusi elçisi Devid Key qeyd edib.

 

Gununsesi.info