Dünyada koronavirusa yoluxanların sayı 16 milyonu ötdü

  • By admin
  • 25 İyul 2020 22:00

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 16 milyonu ötüb.

Gununsesi.info bildirir ki, bu ana olan statistikaya görə, yoluxanların ümumi sayı 16 074 384 nəfərdir. Onlardan 645 214 nəfər vəfat edib.

Koronavirusdan sağalanların dünya üzrə sayı isə 9 821 781-ə bərabərdir.

Yoluxanların ümumi sayına görə ilk yerdə ABŞ qərarlaşıb. Bu ölkədə 4 281 314 nəfər COVID-19 xəstəsi var. Sonrakı yerləri isə Braziliya və Hindistan paylaşırlar.

Azərbaycanda koronavirusa yoluxan şəxslərin ümumi sayı isə 29 633 nəfərdir.

Gununsesi.info