Dünyada koronavirusa yoluxanların sayı artır

  • By admin
  • 23 Mart 2022 11:27

Son bir həftə ərzində dünyada koronavirusa 12 milyon yoluxma qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 7 faiz çoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, ötən həftə ərzində 32 min nəfərin ölümü qeydə alınıb. Ölüm hallarının sayında azalma müşahidə olunub.

Qeyd edək ki, ÜST-ün Avropa regional bürosu koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasına görə bir sıra ölkələrin tələsdiyini bildirmişdi.

Büronun məlumatına görə, hazırda Avropanın 18 ölkəsində yoluxma sayında artım qeydə alınır.

Gununsesi.info