
Dünyada COVID-19 virusu ilə bağlı situasiya yenidən ağırlaşır.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da virusa yoluxanların 40%-ni uşaqlar təşkil edir. Ölkənin virusa inanmayan ən tanınmış dissidentlərindən biri, teleaparıcı Dik Farel də virusun qurbanı olub.
Paralel olaraq, Yaponiyada koronavirusa yoluxma halları rekord vurub. Belə ki, ölkədə gündəlik 15 civarında yoluxma qeydə alınır. Ölkə sakinləri buna Olimpiya Oyunlarının rəvac verdiyini söyləyir.
İyunun 1-dən bütün məhdudiyyətləri aradan qaldıran İsrail də ciddi problemlərlə üzləşib. Gündəlik 4 min yoluxmaya görə, ölkə rəhbərliyi dövlət işçilərinin yarısını məsafədə işlərə göndərib. Paralel olaraq, 100 nəfərdən çox insanın toplaşdığı məkanlarda maska taxmaq məcburiyyəti bərpa olunub.