Dünyada koronavirusun yeni ştamı aşkarlandı

  • By admin
  • 04 Yanvar 2022 09:55

Fransada koronavirusun yeni ştammı aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, yeni ştam ilk dəfə Kamerundan Fransaya qayıdan şəxslərdə aşkarlanıb. Mütəxəssislər virusun bu ştamının Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər.

Bildirilib ki, aparılmış testlər bütün yoluxmuş insanlarda mutasiyanın yeni birləşməsini aşkarlayıb.

Yeni versiya B.1.640.2 adını alıb və Marsel həkimləri tərəfindən kəşf edilib. Fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən olunduğu bildirilir. Bu ştammın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.

Gununsesi.info