
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) rəhbəri Ghada Fathi Valy dünyada təxminən 300 milyon insanın narkotik istifadə etdiyini və 39 milyon insanın narkotik maddə istifadəsi səbəbindən müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini söyləyib.
Gununsesi.info xəbər verir ki, o, bitki mənşəli narkotik vasitələrin və bununla bağlı ticarətin ilk növbədə onlayn platformalarda həyata keçirildiyini bildirib. BMT rəsmisi bunun bir çox KİV-də, o cümlədən mediada yayılmasının mənfi nəticələrini diqqətə çatdırıb.
O, narkotik probleminin hər zamankindən daha mürəkkəbləşdiyini və xüsusilə sintetik narkotiklərin bazarda artan payının həm daha ucuz, həm də öldürücü maddələrə çatmağı asanlaşdırdığını bildirib.
BMT təmsilçisi qeyd edib ki, narkomaniyaya başlama yaşının xəstəliklər və aludəçilik baxımından müəyyənedici faktor olduğunu və UNODC-nin uşaqların və valideynlərin profilaktik proqramlar və təlimlər almasını təmin etmək üçün müxtəlif araşdırmalar həyata keçirdiyini qeyd edib.
Fermerlərə tiryək yetişdirməkdən başqa alternativlərin də təklif edilməsi lazım olduğunu vurğulayan Valy Əfqanıstanda tiryək əkilməsinin qadağan edilməsi səbəbiylə istehsalın yüzdə 95 azaldığını, lakin fermerlərə dolanışıqlarını təmin etmək üçün alternativ təklif edilmədiyini qeyd edib.
Bir həftə davam edəcək proqramda bir çox ölkədən olan nümayəndələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Yaşıl Aypara başda olmaqla qurumların rəsmiləri öz işləri ilə bağlı təqdimatlarla çıxış edəcəklər.
Gununsesi.info