Dünyada neft yenidən BAHALAŞDI

  • By admin
  • 12 Aprel 2022 09:43

Dünya bazarında neft qiymətləri yenidən artıb.

Gununsesi.info xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 1,71% artaraq 1 barelə görə 100,16 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,9% artaraq 96,08 dollara çatıb.

Gununsesi.info