Dünyada pambığın qiyməti bu qədər artdı

Dünya bazarında pambıq qiymətləri 30 faiz artıb ki, bu da 2011-ci ildən bəri ən yüksək göstəricidir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Ehtimal olunur ki, dünyada pambığın qiymətinin kəskin bahalaşmasının səbəbləri 200 min tona yaxın pambıq ehtiyatını korlayan anomal istilər və quraqlıq olub. Hazırda pambığı istehsalda dünya lideri sayılan Hindistan idxal edir.

Nəşr bildirir ki, dünya pambıq ixracında birinci və ikinci yerləri müvafiq olaraq ABŞ (33 faiz) və Braziliya (17 faiz) tutur. Eyni zamanda, Amerikada pambıq istehsalı bu mövsümdə 28 faiz azalıb. Digər tərəfdən, Braziliya məhsul həcmində 30 faiz azalma ilə üzləşib.

Gununsesi.info