Amerikada yaşayan gənc qadın xəyal etdiyi belə sahib olmaq üçün qabırğalarını çıxartdırıb. Qadının bu qərarı insanlar arasında çox danışılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Amerikanın Kansas şəhərində yaşayan qadının ən böyük xəyalı daha incə bir belə sahib olmaqdır.
Belə ki, Emily James plastik cərraha altı qabırğasını çıxartdırdı. O, plastik əməliyyata 17 min dollar xərcləyib.
Qadın sağalma prosesini sosial media hesabında paylaşıb. Əvvəldən isə videoda: “Üç gün ərzində hər tərəfdən üç qabırğam çıxarılacaq”, – deyə yazmışdır.
Əməliyyatdan sonra çıxardığı qabırğaların fotosunu paylaşan qadın: “qovurma edəcəm”, – deyə zarafat da etmişdir.
Buna görə izləyiciləri tərəfindən müxtəlif reaksiyalarla qarşılandı. Ceymsin qəribə qərarı ilə bağlı zarafat və şərhlər də ediblər.
“İnsan əti yemək bir sıra xəstəliklərə səbəb ola bilər. Mən adamyeyən (hannibalizm) deyiləm, narahat olmayın”, – deyə cavab verib.
Qabırğa parçaları ilə nə edəcəyini deyəndə isə həkimlər şoka düşüblər.
Ceyms: “Mənə qabırğaları saxlamağa icazə verdilər, onları ən yaxın dostuma hədiyyə etmək niyyətində idim. Amma sonra imtina etdim. Bu mənim bədənimdir və mən onunla nə istəsəm, edəcəm”, – deyərək onlardan bir tac etdirəcəyini bildirib.
Emilinin sözlərinə şərhlər gəlməyə davam edir.
Günel Həsənova