Dünyada taxıl və ərzaq məhsullarının bahalaşması davam edir

  • By admin
  • 27 Dekabr 2021 23:10

Koronavirus pandemiyanın nəticələri ərzaq məhsullarının bahalaşmasının səbəblərindən birinə çevrilib. Bütün dünyada ərzaq qiymətləri artmaqdadır. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, dünya bazarlarında ərzaq məhsullarının qiymətləri onillik maksimuma çatıb.

Gununsesi.info xəbər verir ki, dünyada bahalaşan məhsullardan biri taxıl olub.

Bahalaşma Kanada, Rusiya və ABŞ da daxil olmaqla, əsas ixracatçı ölkələrdə aşağı məhsuldarlıq nəticəsində ehtiyatların azalması fonunda baş verib. Bundan başqa, qiymət artımına bir neçə iri ixracatçı ölkədə məhsul növlərinin pisləşməsi də səbəb olub.

Bir neçə ölkədə ərzaq məhsullarının dinamikasına nəzər salaq. İlk növbədə, postsovet məkanı ölkələrindən başlayaq.

Qazaxıstanda 2021-ci ilin noyabr ayında tərəvəzlər 8,3%, yumurta 2,1%, un 1,5%, donuz əti 1,1%, pasterizə olunmuş süd, dənli bitkilər, makaron məmulatları 1%, kökə və un məmulatları 0,9%, çörək, şəkər tozu, kolbasa, at əti – hər biri 0,8%, quş əti isə 0,7% bahalaşıb. Kartofun və meyvələrin qiymətində isə əksinə müvafiq olaraq 1,4% və 0,6% azalma müşahidə olunub. Öz növbəsində, tütün məmulatları 1%, spirtli içkilər isə 0,5% bahalaşıb.

Bundan başqa, ölkədə 2021-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə yulafın istehsalçı qiymətləri 4,8%, qarabaşaq yarmasının 3,3%, buğdanın 2,7%, qarğıdalının 2,6%, arpanın istehsalçı qiymətləri 0,4%, düyünün istehsalçı qiymətləri 0,3% artıb.

Qırğızıstanda cari ildə ümumilikdə inflyasiya 6,2%, ərzaq məhsulları üzrə inflyasiyası isə 18,8% təşkil edib. 2021-ci ilin iyul ayında respublika üzrə buğdanın qiyməti orta hesabla 29,15 som təşkil edib, bu göstərici keçən ilin iyul ayına nisbətən 8,2 som və ya 39,3% artıb.

Şəkərin qiymətində artım 58%, bitki yağında 82%, spirtli içkilər və tütün məmulatlarında 10,8% təşkil edib. Bu dövrdə buğdanın pərakəndə satış qiymətləri Bişkek şəhərlərində digər bölgələrə nisbətən daha çox artaraq mütləq rəqəmlə 31,46 som təşkil edib.

Qırğızıstanın Milli Statistika Komitəsinin verdiyi məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 28 922,4 min ABŞ dolları dəyərində 130 min ton buğda idxal edilib (1 tonu 223 dollara). İdxalın əsas hissəsi qonşu Qazaxıstanın payına düşür. Komitənin məlumatına görə, cari ildə əhali gəlirlərinin 64,8%-ni ərzaq məhsullarının alınmasına sərf edib.

Bu ilin 22 oktyabr tarixinə olan məlumata əsasən, 573,9 min hektar sahədən dənli bitkilər (paxlalılar, çəltik və qarabaşaq yarması istisna olmaqla) biçilib. Məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çox olub. Biçilmiş sahələrdən 1 343,3 min ton taxıl yığılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,3% azdır. Yay mövsümündə temperaturun anomal yüksək olması, suvarma suyunun olmaması dənli bitkilərin məhsuldarlığının azalmasına səbəb olub. Yerli taxıl tədarükü ölkənin tələbatının böyük hissəsini – təxminən 60-65%-i təmin edir, qalan hissə idxal hesabına ödənir.

Moldovada cari ilin aprel ayında 2021-ci ilin mart ayına nisbətən dənli bitkilərin (taxıl) qiymətində 2,8% artım müşahidə olunub. Bu ilin oktyabr ayında 2021-ci ilin sentyabr ayına nisbətən buğda unu çörəyi 1,6% bahalaşıb.

Moldovada cari ilin aprel ayında 2021-ci ilin mart ayına nisbətən dənli bitkilərin (taxıl) qiymətində 2,8% artım müşahidə olunub. Bu ilin oktyabr ayında 2021-ci ilin sentyabr ayına nisbətən buğda unu çörəyi 1,6% bahalaşıb.

Tacikistanda da cari ilin doqquz ayı ərzində ərzaq və kənd təsərrüfatı məhsullarının pərakəndə satışında artım qeydə alınıb. Belə ki, 1 kq 1-ci sort unun qiyməti 12% (ilin əvvəlində 4,7 somoni, hazırda 5,27 somoni), arpanın – 31% (ilin əvvəlində 3,8 somoni, hazırda 5 somoni), qarışıq yemin – 31% (ilin əvvəlində 3,5 somoni, hazırda 4,5 somoni), qarğıdalının – 50% (ilin əvvəlində 3 somoni, hazırda 4,5 somoni); yulafın – 33% (ilin əvvəlində 3 somoni, hazırda 4 somoni); jmıxın – 51% (ilin əvvəlində 3,7 somoni, hazırda 5,6 somoni) artıb.

Ukraynada 2021-ci ildə, xüsusən ilin ikinci yarısında yerli istehsal olan demək olar bütün məhsullara qiymətlər artıb. İlin natamam yekununa olan məlumata görə, ölkədə ümumi qiymət artımı 58,1% təşkil edib (2020-ci ildə artım 14,7% olub).

Ölkədə ərzaq məhsullarından ət 15,3%, toyuq 29,4%, yerli bazarda əhəmiyyətli məhsul hesab olunan salo 23,6%, süd 10,1%, süd məhsulları 15,4%, çörək və un məhsulları 19%, yumurta 29,2%, şəkər 43,1%, bitki yağı 55,4% bahalaşıb.

Bahalaşma Şərqi Avropada da qeydə alınıb. Məsələn, Rumıniya, Xorvatiya,

Bolqarıstan, Bosniya və Herseqovinanı və Serbiya kimi ölkələri gətirmək olar.

Rumıniyada cari ilin noyabr ayında taxıl ötən ilin noyabr ayı ilə müqayisədə təxminən 33,7%, 2019-cu ilin noyabr ayı ilə müqayisədə isə 55,7% baha olub.

Xorvatiyanın Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata əsasən, 2020-ci ilin sentyabr-oktyabr ilə müqayisədə cari ilin analoji dövründə taxılın qiyməti 52% artıb. Belə ki, 1 kq taxılın qiyməti 1,79 kunaya (7,5 kuna = 1 avro) çatıb.

Digər məhsullarda da bahalaşma qeydə alınıb. Belə ki, taxıl 1,79 kuna (və ya 53%), qarğıdalı 1,60 kuna (52%), arpa 1,25 kuna (26%), günəbaxan 3,74 kuna (72%), soya isə 4,25 kuna (+71%) bahalaşıb.

Serbiya çörəyin qiyməti 2020-ci il ilə müqayisədə 4,8% artıb.

Bosniya və Herseqovinada 1 ton buğdanın qiyməti hazırda 250 avro civarındadır, lakin proqnozlara görə, qiymət 2022 yanvar-fevral ayı üçün 300 avroya qədər artacaq. Halbuki keçən il buğdanın bir tonu 150 avro civarında olub.

Bolqarıstanda son beş ayda taxılın qiymətində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.

Ölkədə taxılın qiymətinin dəyişmə dinamikası (qiymətlər 1 ton taxıl üçün ƏDV-siz göstərilib):

Qərbi Avropada da taxılın qiymətində artım müşahidə olunur.

Belə ki, Almaniyada 2021-ci ilin noyabr ayında əvvəlki ilin eyni ayına nisbətən ərzaq qiymətləri 4,5% artıb. Taxıl 2020-ci ilin eyni ayı ilə müqayisədə 33% bahalaşıb.

İspaniyada 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək aparılmış statistik hesablamalar nəticəsində dənli bitkilərin qiymətləri kəskin dəyişib. Belə ki, yumşaq taxıl 185 avro/tondan 255 avro/tona qədər, sərt taxıl 285 avro/tondan 420 avro/tona qədər, arpa 155 avro/tondan 230 avro/tona qədər; qarğıdalı isə 180 avro/tondan 275 avro/tonadək artıb.

İsveçrə Konfederasiyasında 2021-ci ilin noyabr ayına olan illik inflyasiya səviyyəsi 1,5% təşkil edib, o cümlədən un və digər dənli bitkilər 0,9% bahalaşıb, çörək isə 0,6% ucuzlaşıb.

Qiymətlərin artımı kontinentin əks hissəsində də qeyd alınıb.

Belə ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, 2021-ci ilin noyabr ayında ölkədə istehlak qiymətləri illik ifadədə 2,3% artıb, o cümlədən taxıl 1,5% bahalaşıb.

Yaxın Şərqdə də artım dinamikası müşahidə olunmaqdadır.

Məsələn, Səudiyyə Ərəbistanı Krallığında istehlak məhsullarından süd və süd məhsulları 17,31%, yerli dondurulmuş broyler məhsulları 16,07%, yerli ağ un 14,36%, qarğıdalı yağı 12,83%, bitki yağı 11,29%, mərcimək 11,47%, nar 14,69%, alma 12,36%, ispanaq isə 12,17% bahalaşıb.

Amerika qitəsini də qiymət artımı yan keçməyib.

Məsələn, Kanadada kənd təsərrüfatı məhsullarının qiymət indeksi sentyabrda illik ifadədə xeyli dəyişib. Bitki əkinləri indeksi 127,8-dən 168,9-dək, taxıl indeksi 110,3-dən 166,6-dək, yağlı toxumlar indeksi isə 130,7-dən 182,4-dək artıb.

Cənubi Amerikada da bahalaşma tendensiyası yer alıb:

Meksikada taxılın qiyməti 4,5%, qarğıdalının 20-27% artıb.

Kosta-Rikada taxıl və qarğıdalı 14-19% civarında bahalaşıb.

Peruda taxıl 8,12%, qarğıdalı isə 25,3% bahalaşıb.

Panamada taxılın qiyməti 0,6% artıb, qarğıdalının istehsalı isə istehlak üçün zərərli hesab edilir.

Kolumbiyada qiymət artımı müvafiq olaraq 0,7% və 2,1%, Qvatemalada 2,88% və 25,1% olub, Hondurasda isə qarğıdalı 24,9% bahalaşıb.

Gununsesi.info