“Dünyada virusa yoluxmanın 100 minə çatması üçün iki ay getmişdi, son 24 saatda isə 180 mindən çox yoluxma olub” - HANDE HARMANCI

“Pandemiyanın sürəti artır”.

Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, dünyada virusa yoluxmanın 100 minə çatması üçün iki ay vaxt getmişdi, ancaq son 24 saatda 180 mindən çox yoluxma olub: “Avropada vəziyyət yaxşılaşmağa doğru getsə də, qlobal olaraq yaxşı deyil. Avropada virusdan yoluxanların 21 faizi tibb işçiləri, vəfat edənlərin 95 faizi isə müxtəlif xəstəliklərdən əziyyət çəkənlər, xəstələrin 94 faizi 65 yaşdan yuxarı insanlardır.

 

Gununsesi.org