Dünyada xoşbəxt ölkələrin siyahısı açıqlandı - Azərbaycan neçənci yerdədir?

  • By Admin2
  • 21 Mart 2025 10:33

Dünyada ölkələr biri-birindən bir sıra xüsusiyyətlərinə görə fərqlənə bilirlər.

Bu cür xüsusiyyətlərdən biri də xoşbəxtlikdir. 

Gununsesi.info xəbər verir ki, 2025-ci il üçün dünyanın ən xoşbəxt ölkəsi Finlandiya seçilib.

Finlandiyadan sonra bu siyahıda Danimarka, İslandiyaİsveç gəlir.

Ölkəmizlə qonşu olan ölkələrdə isə bu ardıcıllıq belədir:

Rusiya 66, Ermənistan 87, Gürcüstan 91, Türkiyə 94, İran isə 99-cu yerdədir.

Hesabata görə, dünyanın ən az xoşbəxt olan ölkəsi Əfqanıstandır. Bu ölkə 147-ci yerdə qərarlaşıb.

Nəhayət, Dünya Xoşbəxtlik Hesabatında deyilir ki, Azərbaycan dünyanın 106-cı xoşbəxt ölkəsidir.

 

 

 

Gununsesi.info