Dünyada yeni rəng icad olundu - "YlnMn blue"

  • By admin
  • 06 İyul 2016 20:46

89826

 

 

Elm sayəsində hər gün yeni bir texnoloji inkişafla, müalicəsi mümkün olmayan xəstəliklərə qarşı vasitələr istehsal etməklə, kosmosdakı inanılmaz kəşflərlə “mümkünsüz” dediyimiz bir çox  şeylər mümkün olur.

Gununsesi.info Moderator.az-a istinadən xəbər verir ki, Harvard İncəsənət Muzeyində 1900-cu illdən bu yana toplanan 2500 müxtəlif piqment (rəng) borucuqlar içərisində saxlanılır. Bu kolleksiya dünyada mövcud olan bütün rənglərin kataloqu (və tonları) kimi qəbul edilirdi. Bu rənglərin nə qədər geniş olduğunu anlatmaq üçün bir misal verək. Sarı rəngin tünddədn açığa doğru müxtəlif çalarları var. Ancaq bir çaları var ki, “hind sarısı” adlanır və onu hansısa rənglərin qarışımından almaq mümkün deyil. “Hind sarısı” çaları manqo ağacı yeyən inəyin sidiyindən alınır.

Qeyd olunur  ki, dünyada yeganə olan bu kolleksiyaya yeni bir rəng də əlavə olunub. Yeni rəng Oreqon Universitetindəki bir laboratoriyada “manqan oksid” ilə digər kimyəvi maddələri qarışdırıb 1200 dərəcəyə qədər qızdırılan zaman alınıb. Rəng mavi ilə bənəvşöyə arasında, son dərəcə parlaq və cəlbedici tondadır. Rəngə “YlnMn blue” adı verilib.

Bu rəng əslində 2009-ci ildə icad olunub, böyük çətinliklərdən sonra yeni bir rəng olduğu sübut edilib. 2015-ci ildə “Journal of the American Də Chemical Society” jurnalında rəng haqqında məlumat dərc olunub. Və nəhayət ki, ötən həftə “boya” olaraq bazara çıxarılıb.

Qeyd edək ki, Bu cür rənglər, çalarlar əsasən muzeylərdə zərər görmüş sənət əsərlərinin restavrasiyası (orijinalından ayırd edilməyəcək tonlar seçilərək) zamanı istifadə edilir.

Gununsesi.info