Dünyada yetim qalan uşaqların sayı 140 milyondur

  • By admin
  • 06 Aprel 2017 16:01

afqannn

Dünyada baş verən münaqişələr və təbii fəlakətlər səbəbindən 140 milyondan artıq uşaq valideynlərini itirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) hesabat yayıb.

Belə ki, təşkilatının yaydığı hesabatda bildirilir ki, hazırda bir çox ölkədə davam edən qarşıdurma, quraqlıq, epidemiya, aclıq və təbii fəlakətlər səbəbindən hər gün 10 minə yaxın uşaq yetim qalır. Bu isə hər il 3,5 milyon uşağın yetim qalması deməkdir.

Vətəndaş müharibəsinin davam etdiyi Əfqanıstan, İraq və Suriyada anasız və atasız qalan uşaqların sayı digər ölkələrlə müqayisədə çoxdur.

Hesabatda bildirilir ki, Əfqanıstanda təxminən 2, İraqda 5, Suriyada isə 1milyona yaxın uşağın anasını, atasını və ya hər iki valideynini itirdikləri ehtimal olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda isə qeyd edilir ki, hər gün dünyada 16 minə yaxın uşaq 5 yaşına çatmamış ölür.

Anar
Gununsesi.info