Dünyada yoxsulluq artıb – BMT-nin baş katibi

  • By admin
  • 08 Yanvar 2021 10:59

“2020-ci ildə dünyada yoxsulluğun səviyyəsi son 22 ildə ilk dəfə artıb”.

Gununsesi.org xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş açıqlayıb.

“Gözlənildiyi kimi, həssas məqamda, həmçinin münaqişələr şəraitində iqtisadi aktivliyin düşməsi əlavə olaraq 18 milyondan 27 milyonadək insanı yoxsulluğa məruz qoyacaq”, – o bildirib.

A.Quterreş dünyada gender bərabərsizliyinin kəskinləşdiyini də vurğulayıb.

Gununsesi.org