İrəvanda atışma – bir ölü, bir yaralı

İərəvanda atışma olub. Hadisə zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Gununsesi.info shamshyan.com-a istinadən xəbər verir ki, dekabrın 9-da saat 23:55-də Erebuni tibb mərkəzindən Şenqavit polis şöbəsinə “Paradise Hotel” gecə klubuna bitişik ərazidən iki vətəndaşın son dərəcə ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılması barədə məlumat daxil olub.

Onlardan biri – Armavir vilayətinin sakini – 27 yaşlı Vladimir S. özünə gəlmədən dünyasını dəyişib. Digər yaralı İrəvan sakini, 31 yaşlı Tiqran A-dır.

Hadisə ilə bağlı istintaq qrupu yaradılıb, cinayət işi başlanıb.

Gununsesi.info