
Havkey Huey National Geographic-in fotoqraflarından biri və Natgeo Creative-in ən gənc üzvüdür. Onun Instagram sosial şəbəkəsindəki hesabında izləyici sayı artıq 220 mini keçmişdir. İndiyə qədər onlarla ölkəyə səyahət edib və yüzlərlə fotoşəkil lentə alıb. Hətta onun çəkdiyi fotoşəkillərin əks olunduğu kitabı da çıxıb.
Qəribə görünsə də onun cəmi 5 yaşı var… Gununsesi.info ən gənc fotoqrafın hekayəsini Sizə təqdim edir.
Havkey Hueyin atası bir iş səfərindən qayıdarkən 5 yaşlı oğluna Polaroid tipli fotoaparat alır. Həmin hədiyyə bu azyaşlının həyaatını dəyişir. Daha sonra ata və oğul 18 aylıq Qərbi Amerika səyahətinə çıxırlar. Onlar burada qızıldərililəri, kovboyları, qumarbazları, turistləri, həmçinin, müxtəlif təbiət mənzərələrini lentə alırlar. Eyni zamanda ata öz oğlunun boynundan fotoaparat asılmış şəklini National Geographic-in rəsmi Instagram səhifəsinə göndərir və yazılan müsbət rəylərdən ilhamlanaraq ona ayrıca hesab açmağa qərar verir. Qısa zaman ərzində kiçik Hueyin Instagram səhifəsi “Time” jurnalının ən çox məsləhət gördüyü 50 hesabdan birinə çevrilməyi bacarır. (www.instagram.com/hawkeyehuey)
Hətta kiçik səyyahın çəkiyi fotoşəkilləri əks etdirən “Cowboys, indians, hobos, gamblers, patriots, tourists & sunset” adlı kitabı da var.
Gununsesi.info 5 yaşlı səyyah fotoqrafın çəkdiyi fotoşəkilləri təqdim edir.
Gununsesi.info