Dünyanı gələn il hansı problemlər gözləyir? - ÜST açıqladı

  • By admin
  • 29 Dekabr 2020 13:17

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci ildə dünya ictimaiyyətini yeni koronavirus ştammlarının araşdırılmasına xüsusi diqqət yetirməyə səsləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinq zamanı danışıb.

Onun sözlərinə görə, xüsusilə İngiltərədə və Cənubi Afrika Respublikasında təsbit edilən mutasiyaların növlərini öyrənmək və bununla əlaqədar elmi məlumatları bölüşmək lazımdır.

Qebreyesus əlavə edib ki, 2021-ci ildə dünyanı yeni koronavirus növləri daxil olmaqla yeni problemlər gözləyir.

Gununsesi.info