Dünyanı gözləyən təhlükə: Dəniz səviyyəsi 6 metr qalxa bilər

  • By admin
  • 11 Noyabr 2023 11:13

Qrenlandiyanın buz təbəqəsinin əriməsi 2006-2018-ci illər arasında dəniz səviyyəsində müşahidə olunan artımın 17,3 faizini təşkil edib.

Gununsesi.info xəbər verir ki, alimlər qlobal istiləşmənin son 20 ildə Qrenlandiyanın buzlaqlarının ərimə sürətini 5 dəfə artırdığını açıqlayıblar.

Kopenhagen Universitetinin Geologiya və Təbii Sərvətlərin İdarə Edilməsi kafedrasının dosenti Anders Anker Byork “Reuters” agentliyinə bildirib ki, bölgədəki buzlaqların tədqiqi son iki onillikdə ərimə sürətinin yeni mərhələyə daxil olduğunu göstərib.

Alimlər peyk şəkilləri və 200 min köhnə fotoşəkil vasitəsilə buzlaqların 130 il ərzində inkişafını araşdırıblar.

Belə qənaətə gəlinib ki, bu dövrdə buzlaqlar təxminən iyirmi il əvvəl 5-6 metr ərimə ilə müqayisədə ildə orta hesabla 25 metr azalıb.

Elmi araşdırmalara görə, Qrenlandiyanın buz təbəqəsi 2006-2018-ci illər arasında dəniz səviyyəsindəki artımın 17,3 faizini təşkil edib.

Qrenlandiyada bütün buzların əriməsi dəniz səviyyəsinin ən azı 6 metr qalxmasına səbəb ola bilər.

Yanvar ayında Qrenlandiyada aparılan elmi araşdırma nəticəsində temperaturun 20-ci əsrin orta göstəricisindən 2,7 dərəcə yüksək olduğu ortaya çıxıb.

Gununsesi.info