Dünyanı heyrətə salan açıqlama: Məşhur film ulduzu Brüs Linin gizli qalan ölüm səbəbi bilindi

  • By arzu
  • 22 Noyabr 2022 16:54

Dünya şöhrətli film ulduzu Brüs Linin ölüm səbəbi ilə bağlı araşdırmalar açıqlanıb.

 

HTML tutorial

Gununsesi.info İngiltərənin dünyaca məşhur “dailymail.co.uk” saytına istinadən xəbər verir ki, araşdırmaçılar və həkimlər heyrətləndirici açıqlamaları ilə idmançının ölüm səbəbinin su olmasını irəli sürürlər.

“Brüs Li artıq su içməkdən ölmüş ola bilər”. Həkimlər məşhur film ulduzunun 50 il öncə 32 yaşında ölümünə səbəb olan gizli beyin şişməsini çözdüklərinə inanırlar. Araşdırmaçılar bu iddianı irəli sürürlər.

 

“Klinikal Kidney Journal”da Brüs Linin hiponatermiya xəstəliyinə tutulduğunu yazırlar. Maye tarazlığı üçün qandakı sodium səviyyəsinin aşağı olduğu yer buradadır. Risk faktorları, susuzluğu artıran yüksək su qəbulu və narkotik istifadəsi.

Döyüş sənəti üzrə Kunq fu əfsanəsinin 1973-cü ilin yazında Honq Konqda 32 yaşındakı ölümü hələ də dünyanın araşdırdığı müəmmalı ölümlər arasındadır.

Otopsiya yoxlamaları zamanın idmançının beyin şişməsində öldüyü aşkarlanmışdır. Və həkimlər film ulduzunu ağrı kəsici qəbul etməklə suçlamışdılar.

 

“Klinikal Kidney Journal”ın həkim heyəti “Brüs Linin böyrəyinin artıq su daşıya bilməməsindən öldüyünü irəli sürürük”, – deyə iddia ortaya atıblar.

Brüs Linin bioqrafiyasını yazan Matthew Polly idmançının öldüyü gecə təkrar su qəbul etdiyini yazır.

Xatırladaq ki, idmançının öncəki ölüm səbəbləri arasında beyindəki şiş, zəhərlənmə və ya isti vurması yazılırdı.

 

Tərcüməçi:

Arzu Sayadoğlu

Gununsesi.info