Dünyanı sarsıdan partlayışla bağlı ilk açıqlama

  • By admin
  • 17 Sentyabr 2019 21:00
“Saudi Aramco” neft email zavodlarına edilən hücumdan sonra Səudiyyə Ərəbistanından ilk dəfə rəsmi açıqlama gəlib.
Gununsesi.org xəbər verir ki, Kral Salman Əbdüləziz əl-Süud bu hücumlarla təkcə ölkəsinin deyil, bütün dünya iqtisadiyyatının hədəf alındığını deyib.
Nazirlər Kabinetinin iclasında danışan kral beynəlxalq toplumdan hücumların dayandırılması üçün sərt addımlar atması çağırışı edib və bu hücumların arxasında kimin olmasına baxmayaraq, Səudiyyə Ərəbistanının özünü qoruyacağını bildirib.
Qeyd edək ki, “Saudi Aramco” bazar günü 20 SPUA və 10 raketli hücuma məruz qalmış, daha sonra zavodlarda yanğın olmuşdu. Hücumun məsuliyyətini öz üzərinə götürən Husi üsyançıları Səudiyyə Ərəbistanına bir daha hücum edə biləcəklərini açıqlamışdı. ABŞ isə olayın arxasında İranın olduğunu iddia edir.