Amerikadan dünyanı şoka salan kəşfiyyat əməliyyatı: Oxuyarkən dəhşətə gələcəksiniz

  • By admin
  • 12 Fevral 2020 18:20

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Almaniya Federativ Respublikasının kəşfiyyatı ilə birlikdə tabeliyindəki İsveçrənin “Crypto AG” şirkətinin şifrələmə avadanlığının köməyi ilə yarım əsr ərzində dünyanın 120-dən çox ölkəsinin gizli mesajlarını əldə edib.

Gununsesi.org xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

Nəşrin məlumatına görə, bu şirkətin avadanlıqlarını Latın Amerikası ölkələrinin hərbi xuntaları, İran, Hindistan, Pakistan və Vatikan da əldə edib. Bu ölkələr arasında SSRİ və Çin olmayıb.

“Bəzi hökumətlər isə ən gizli məlumatlarını yalnız ABŞ və AFR-in tuta bilməsi bu iki ölkəyə pul ödəyirdi”, – deyə nəşr bildirib.

Nəşr həmçinin, sözügedən vəziyyəti “yüzilliyin kəşfiyyat uğuru” adlandırıb.

“Rubikon” adlı əməliyyat MKİ tarixində ən cəsur əməliyyatlardan biri sayılır. Əməliyyat faktiki olaraq, iki il əvvəl – İsveçrə şirkəti zərərsizləşdiriləndə başa çatıb.

Gununsesi.org