
Dünyanın ən aktiv vulkanlarından biri kimi tanınan Havaydakı Kilauea vulkanı yenidən püskürüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Dekabrın 23-dən ABŞ- ın Havay adasındakı Kilauea vulkanında vulkanik aktivlik davam edir .
Havay Vulkanları Rəsədxanasının məlumatına görə, partlayış yerli vaxtla saat 10:16-da Havay Vulkanları Milli Parkındakı vulkanın zirvə kraterində baş verib.
Vulkan yenidən bir neçə metr hündürlükdə lava püskürdü.
Bildirilib ki, dekabrın 23-dən bəri baş verən 9-cu partlayış yalnız milli parkla məhdudlaşıb və yaxın ərazilər üçün təhlükə yaratmayıb.
Orxan Saffari