Dünyanın ən bəyənilən ilk 25 şirkəti

  • By admin
  • 30 Avqust 2016 11:27

apple

“Fortune” jurnalı dünyanın ən bəyənilən 25 şirkətinin adını açıqlayıb.

Gununsesi.info “Fortune” jurnalına istinadən xəbər verir ki, “Apple” şirkəti bu siyahının birinci pilləsində bərqərar olub. Məhz “Apple” şirkəti doqquz ildir ki, liderliyini qoruyub saxlayıb. Siyahıda ikinci yerdə “Alphabet”, üçüncü yerdə “Amazon.com” şirkətləri yer tutub.

Digər yerlərdə isə bu – “Berkshire Hathaway Inc.”, “Walt Disney”, “Starbucks”, “Southwest Airlines”, “FedEx”, “Nike”, “General Electric”, “American Express”, “Costco”, “Nordstrom”, “Facebook”, “Coca-Cola”, “Johnson & Johnson”, “Microsoft”, “BMW”, “Netflix”, “JP Morgan Chase”, “Procter & Gamble”, “Boeing”, “Goldman Sachs Group”, “Whole Foods Market”  və “Wells Fargo” şirkətlər qərarlaşıb.

Anar

Gununsesi.info