Dünyanın ən bahalı ədviyyatınınMÖCÜZƏVİ FAYDALARI

Dünyanın ən bahalı ədviyyatının

Zəfəran dünyada ən bahalı ədviyyat sayılır. Müxtəlif ölkələrə məxsus zəfəranın 1 kiloqramının qiyməti 300 manatdan 1000 manat arasında dəyişir. Ən keyfiyyətli sayılan ispan zəfəranının 1 kiloqramı təxminən 800-1000 manatdır. Qiymətlərin belə yüksək olmasının bir səbəbi onun hazırlanma prosesinin çətin və xərc aparan olmasıdırsa, digər səbəbi zəfəranın orqanizmə saysız-hesabsız faydaları ilə bağlıdır.

Hələ neçə əsrlər öncə zəfəran öz müalicəvi xüsusiyyətləri ilə xalq təbabətində geniş yer alıb. Şah ədviyyatı adlandırılan zəfərandan bir çox xəstəliklərin müalicəsində istifadə olunub.
Bəs zəfəranın orqanizmə hansı təsirləri var, o sağlamlığımız üçün nələri vəd edir?

Zəfəran xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdəndir.

Qanı təmizləyir, saflaşdırır, bədənin bütün hüceyrələrinin qanla təçhizatını normallaşdırır.

Beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir.

Sinir sisteminə müsbət təsir göstərir, normal yuxunu təmin edir.

Mədə və bağırsaqların fəaliyyətini tənzimləyir.

Sidik kisəsi və böyrəkləri təmizləyir.

Cinsi fəallığı artırır.

Görmə qabiliyyətini yaxşılaşdırır.

Alkoqol asılılığını müalicə edir.

Vaxtsız qocalmanın qarşısını alır.

Astma və bronxit xəstəliklərinin müalicəsində faydalıdır.

Qaraciyər və öd kisəsi üçün xeyirlidir.

Zəfəran həmçinin soyuqdəymə zamanı temperaturu aşağı salır, öskürəyi kəsir.

Müntəzəm istifadə edildikdə dəriyə müsbət təsir göstərir.

Diş ətini xəstəliklərdən qoruyur.

Zəfəran orqanizmin immun sistemini gücləndirir, bədənin ümumi tonusunu qaldırır.

Hazırda zəfəran dünyanın kosmetika sənayesində də geniş istifadə olunur. Xüsusilə təbii kremlərin hazırlanmasında zəfəran bitkisi əsas komponentlərdən biridir.

Zəfəranı uzun müddət saxladıqda o öz faydalı xüsusiyyətlərini itirir. Ədviyyat quru və sərin yerdə saxlanılmalıdır.

Zəfərandan qədərindən artıq istifadə xoşagəlməz hallarla müşahidə oluna bilər. Buna görə də ondan az miqdarda istifadə olunmalıdır. Hamilə qadınlara zəfərandan istifadə etmək məsləhət görülmür. O cümlədən 2 yaşına qədər uşaqların qida rasionuna zəfəranı daxil etmək olmaz.

Gununsesi.info

COMMENTS