Dünyanın ən bahalı – 222 milyonluq futbolçusu

  • By admin
  • 04 Avqust 2017 20:11

neymar-222

Braziliya milli komandasının futbolçusu Neymarın PSJ-yə keçidi rəsmiləşib.

Gununsesi.info-nun məlumatına görə, “Barselona”dan 222 milyon avroya keçməklə dünyanın ən bahalı futbolçusu adını qazanan Neymarın təqdimat mərasimi keçirilib.

Tədbir Parisin “Park de Prens” stadionunda baş tutub. 25 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Neymar PSJ-də 10 nömrəli forma ilə çıxış edəcək.

Gununsesi.info