Dünyanın ən bahalı avtomobili satışda -56 MİLYON DOLLAR

  • By admin
  • 13 Noyabr 2016 19:11

ferrari

Böyük Britaniyada 1962-ci il buraxılışı olan Ferrari 250 GTO satılır. Bildirilir ki, onun qiyməti 45 milyon funt-sterlinq və ya təxminən 56 milyon dollardır. Əgər 250 GTO həqiqətən bu qiymətə satılsa, o, dünyanın ən bahalı avtomobili olacaq. Yeri gəlmişkən, hazırda bu status 2013-cü ildə auksionda 38 milyon dollara satılan digər 250 GTO modeli (1963-cü il buraxılış) Ferrariyə məxsusdur.

Qeyd etmək lazımdır ki, 300 at gücünə malik V12 motorlu göy rəngli Ferrari 250 GT bir neçə əfsanəvi maşın yarışında iştirak edib. 1962-ci ildə “Sebrinqin 12 saatı” yarışında ümumi hesabda 2-ci, həmin il Le-Manın 24 saatında isə 6-cı olub.

Cəmi 36 Ferrari 250 GTO hazırlanıb. İstənilən maşın kolleksioneri bu maşınlardan indiyə qədər qalan hər biri üçün böyük pullardan keçməyə maraqlıdır. Maraqlıdır ki, bu avtomobil 1969-cu ildə cəmi 5400 dollara satılıb.