Dünyanın ən bahalı evləri və sahibləri - FOTOLAR

Məşhur dizayner Veronika Tabenskaya dünyanın ən bahalı evlərindən danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən bahalı villası amerikalı müğənni Alişa Keyzə aiddir.

HTML tutorial

Alişa Keyz 45 milyon dollar

Inside Alicia Keys and Swizz Beatz's Art-Filled Modernist Home Overlooking  the Pacific Ocean | Architectural Digest

A look inside Alicia Keys and Swizz Beatz' $20million La Jolla, California  home - 247 News Around The World

Tanınmış memar Uolles Kaninnqemin dizayn etdiyi “Razor House” 2008-ci ildə inşa edilib. Villanın bazar dəyəri 45 milyon dollar olub. Müğənni Alişa Keyz bu evi ümumi dəyərindən təxminən 10 milyon dollar daha ucuz – 20,8 milyon dollara alıb.

Təbii ki, evin əsas sərvəti müəllifin memarlığı və Kaliforniyada La Jolla qayalığından Sakit Okeana açılan panoramasıdır. Panoramik şüşələr daxili interyerlə çöl arasındakı xətti silir. Bu evdə hər bir insan özünü təbiətin bir hissəsi kimi hiss edir. Belə arxitekturada mebel bolluğu nəzərə çarpmır, yalnız minimalist notlar qeyd olunur. İnteryerin qiyməti həm də təbii materialların geniş istifadəsi hesabına formalaşıb.

Dayan Kiton 15 milyon dollar

Məşhur kinoaktrisa Dayan Kiton dizaynerliklər çoxdan məşğuldur. Evləri alır, bəzəyir, sonra satır. Adətən o, 20-ci əsrin məşhur memarlarının qələmindən çıxmış evləri alır. Fotodakı evin dizaynı 20-ci əsrin böyük memarlarından birinin oğlu Frank Lloyd Rayta aiddir. Alfred Nyuman melodiyalarını bu evdə bəstələyib, bina xüsusi olaraq onun üçün tikilib. Odur ki, ev Neyman Rezidensi adıyla məşhurdur.

Dayan Kiton iqamətgahın ilkin üslubunu saxlasa da, bir çox detalları yeniləyib. Dekorator kimi o, evin xarici əhval-ruhiyyəsini interyerə ötürməyi bacarıb.

Cennifer Lourens 12 milyon dollar

Cennifer

Lourensin Nyu-Yorkda 30-cu mərtəbədə yerləşən Hudzon mənzərəli penthausu çox dəyərlidir. Aktrisanın bir neçə il əvvəl 15,6 milyon dollara aldığı ev indi 12 milyon dollara satışa çıxarlıb. 4073 kvadratmetrlik ev 3 yataq otağı, 5 vanna otağı, 2 geniş qonaq otağı, aşpaz üçün təchiz olunmuş mətbəx və yemək otağından ibarətdir.

Bey Yominin 8 milyonluq evi

Böyük memar və Pritzker mükafatı laureatı Bay Yuminin (Yo Min Pey) ölümündən sonra həyat yoldaşı Manhettendə son 45 il ərzində yaşadıqları evi satışa çıxarıb. Bey Yumin daha çox Parisdəki Luvrun şüşə piramidası və Honq Konqdakı “Bank of China Tower” layihəsi ilə tanınır.

Yuminin evi Viktoriya üslubunda tikilib, interyer isə memarın özünə məxsusdur. Onun rəhbərliyi altında yenidən dizayn edildikdən sonra ev modernist mebellərlə təchiz olunub, memarlıq da qismən dəyişdirilib. Yerdən tavana qədər olan pəncərələr birbaşa Satton Meydanına açılır.

Pianoçu bala Mark Vulfun 6,5 milyon dollarlıq evi

toptenrealestatedeals.com

Evi 1961-ci ildə böyük Frank Lloyd Raytın tələbəsi, memar Con Lotner dizayn edib. Müştəri Raytın “Şəlalənin üstündəki ev” əsərinə bənzər bir ev yaratmağı xahiş edib. Con şah əsəri ustalıqla yerinə yetirib. Yeri gəlmişkən, memar film çəkilişləri üçün də olduqca unikal evlər yaradıb. Vulf Rezidensi çox orijinal alınıb, O, müxtəlif dövrlərdə tikilən iki binadan ibarətdir: əsas hissə (154 kv.m.) və əlavə tikili (108 kv.m.).

İndi ev demək olar ki, təmirsizdir, lakin memarlığının qiymətləndirilməsinə maneə olmur. Ev rəsmi olaraq Los Ancelesin mədəni irsi hesab olunur.

Yenə Dayan Kiton və onun 4,5 milyonluq evi

toptenrealestatedeals.com, Legion-Media

Frank Lloyd Raydın Cənubi Kaliforniyada inşa etdiyi evi də alan Dayan Kiton onun bərpası ilə özü məşğul olub. Ev Kaliforniyanın tarix və mədəniyyət abidəsi siyahısına daxildir. Kaliforniyanın Los Feliz şəhərində yerləşir.

Kitonun məqsədi orijinal interyeri yenidən yaratmaq və onu yenidən qurmaq idi. Bu yenidənqurma sıfırdan ev tikməkdən daha çətin və bəzən daha çox maliyyə tələb edən incə bir işdir.

“Art Deco” üslubu artıq fasaddan görünür. Memar burada yaşaya biləcəyiniz müxtəlif fəaliyyət növləri təklif edir, binanın estetik görünüşü də hərtərəfli düşünülüb. Hovuzda üzmək, qonaq otağında nahar etmək, səhər yataq otağında oyanmaq və terrasda səhər yeməyi yeməyinizdən asılı olmayaraq, hər zaman təbiətin əhatəsindəsiniz. Pəncərədən açılan mənzərələr rəsm əsərlərini xatırladır.

Gununsesi.info