Dünyanın ən balaca raketi kosmasa buraxıldı

  • By admin
  • 06 Fevral 2018 20:20

Yaponiya Kosmik Agentliyi (JAXA) dünyanın ən balaca raket daşıyıcısını fəzaya buraxıb.

Gununsesi.info xəbər verir ki, Utinoura kosmodromundan buraxılan raket daşıyıcının uzunluğu 9,5 metr, diametri 52 santimetr təşkil edir.

Bildirilir ki, raket daşıyıcının çəkisi isə 2,6 tondur. Raket fəzaya 3 kiloqram çəkisi olan eksperimental geoloji kəşfiyyat və rabitə peykini çıxaracaq.

Qeyd edək ki, raketin buraxılışı bu il yanvarın 15-i nəzərdə tutulsa da, bu cəhd uğursuz alınmışdı.

Gununsesi.info