
“A23a” kimi tanınan dünyanın ən böyük aysberqi Atlantik okeanında İngiltərə sahillərindəki adada quruya oturub. Aysberqin çoxlu miqdarda qida maddəsinin olduğu və parçalanaraq əridiyi zaman okeanda həyat partlayışı yarada biləcəyi iddia edilir. 1986-cı ildə Antarktidadan ayrılan və daha sonra ‘buz adasına’ çevrilən A23a, təxminən 40 ildən sonra keçən il hərəkət etməyə başlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Corciya hökumətinə məsləhət verən ekoloq Mark Belçier, “Onlar parçalansa, nəticədə yaranan aysberqlər yerli cərəyanlarda işləyən gəmilər üçün təhlükə yarada bilər və onların yerli balıqçılıq sahələrinə çıxışını məhdudlaşdıra bilər” deyib.
Son elmi araşdırmada A23a-nın səthi təxminən 4 min kvadrat kilometr, qalınlığı isə təxminən 400 metr olaraq ölçüldü.
Orxan