Dünyanın ən böyük “Quran”ı nümayiş olundu - FOTO

  • By admin
  • 03 İyun 2019 19:10

Türkiyədə iriölçülü “Quran” kitabı sərgilənib.

Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin Dəyanət Vəqfi tərəfindən hər il Ramazan ayında təşkil olunan 38-ci Türkiyə Kitab və Mədəniyyət sərgisində İstanbulun Böyük Çamlıca məscidində nümayiş olunan “Quran” böyük marağa səbəb olub.

Kitabın ağırlığı 70 kq təşkil edir. Ölçüsü 71X98 sm, qalınlığı isə 9 sm-dir.

Bununla da Türkiyədə ən böyük “Quran”ı ərsəyə gətirən mətbəəçi Mustafa Cüflük deyib:

“Müqəddəs kitabın ilk ayəsində deyildiyi kimi, “Quran” divardan asılmaq üçün deyil, oxumaq üçün nazil olub”.

Nəhəng kitabın hazırlanması dörd ay vaxt aparıb.