Britaniya paytaxtı Londondakı “Kyu Qardens” bağında bitən nəhəng su zanbağının yeni növ olduğu təsdiqlənib. Bir əsrdən çox müddətdə ilk dəfədir ki, bu bitkinin yeni növü kəşf edilir.
Gununsesi.info BiG.AZ-a istinadən xəbər verir ki, indiyədək məşhur “Victoria” nəslinə aid yalnız iki nəhəng su zanbağı məlum olub.
Qeyd edək ki, “Frontiers in Plant Science” jurnalılarda haqqında yazılan kəşf bağban Karlos Maqdalena və rəssam-botanik Lüsi Smit tərəfindən edilib. Maqdalena 2006-cı ildə internetdə sözügedən bitkinin fotolarını gördükdə “Victoria” nəslinin üçüncü nümayəndəsinin olduğunu anlayıb.
“Victoria Boliviana” hazırda dünyanın ən böyük su zanbağıdır. Yarpaqlarının diametri 3 metri keçə bilər.
Gununsesi.info