Dünyanın ən böyük təyyarəsi satılıb

  • By admin
  • 02 Sentyabr 2016 16:20

teyyare

Ukrayna dünyanın ən böyük təyyarəsi AN-225 “Mriya”-nı Çin Hava Yollarına satıb.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu idda ilə Çin mətbuatı çıxış edib.Ukrayin dilində “Arzu” anlamına gələn AN-225 “Mriya”-nın satışı ilə bağlı razılaşma 30 avqust tarixində Ukraynanın “Antonov” dövlət müəssisəsi ilə Çinin hava yolu şirkəti “China Airspace” arasında əldə edilib.

Lakin Ukraynanın “Antonov” dövlət müəssisəsi bu faktı təsdiq etməyib.

Qeyd edək ki, dünyanın ən böyük yük təyyarəsi olan “Mriya” 1984-1988-ci illərdə Ukrayna SSR-də “Antonov” konstruktor bürosu tərəfindən Kiyev Mexaniki Zavodunda istehsal edilib. Təyyarənin ilk uçuşu 1988-ci il dekabrın 21-də baş tutub. Əsas məqsəd böyük raketlərin, kosmik gəmilərin daşınması olub.
Təyyarənin uzunluğu 84 metr, hündürlüyü 18,1 metr, qanadlarının ucları arasındakı məsafə 88,4 metrdir. Yük kabinəsinin eni 6,4, hündürlüyü 4,4, uzunluğu isə 43 metrdir. Heyətin sayı 7, sərnişin tutumu isə 88 nəfərdən ibarətdir. Təyyarə 250 tonadək yük qaldıra bilir.

Anar
Gununsesi.info