Dünyanın ən böyük təyyarəsi uçuşa hazırlanır - FOTO

  • By admin
  • 01 İyun 2017 12:33

06

İyunun 1-də dünyanın ən böyük təyyarəsinin təqdimatı keçirilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Stratolaunch” adı verilən bu nəhəng təyyarənin qanadlarının uzunluğu bir futbol meydançasının sahəsi qədərdir.

Belə ki, “Stratolaunch” təyyarəsindən hərbi təyinatlı vasitələrin və kosmik peyklərin səmaya daşınmasında istifadə olunacaq.

Qeyd edək ki, dünyanın ən böyük təyyarəsinin inşası 4 ilə başa gəlib. “Stratolaunch” 22 5000 kq ağırlığında yükü bir yerdən, digər yerə daşımaq gücünə sahibdir. Təyyarənin ümumilikdə 28 təkəri və 6 mühərriki var.

Təyyarəni idarə edən Can Floyd bildirib ki, təyyarənin ilk uçuş sınağı 2019-ci ildə həyata keçiriləcək.

07

Anar

Gununsesi.info