Dünyanın ən dəbli kişisi o seçildi - FOTOLAR

  • By admin
  • 05 Dekabr 2019 09:25

Aktyor Timoti Şalame dünyanın ən dəbli kişisi seçilib. Gununsesi.org-un məlumatına görə, sənətçi bu titula “British GQ” jurnalının hazırladığı reytinqin nəticələrinə əsasən layiq görülüb.  

Nəşr qeyd edib ki, Şalame daim qırmızı xalça mərasimlərində orijinal və dəbli geyimləri ilə diqqət çəkir. Bir çox tanınmışlar bu cür riskə getsələr də, onlar tez-tez fiaskoya uğrayır.

Bundan başqa, jurnalistlərin fikrincə, aktyora daim dəbli görünməkdə onun astenik bədən quruluşu və gözəl siması kömək edir.