Dünyanın ən gəlirli aktrisasının adı açıqlanıb

  • By admin
  • 24 Avqust 2016 15:58

tumblr_static_efdax0l92ps08o0wgkcok4wck

 

Amerikalı akrtisa Cenifer Lorens ikinci dəfə dünyanın ən gəlirli aktrisası sıyahısında birinci yeri tutub. Gununsesi.info xəbər verir ki, bu barədə məhşur Forbes jurnalı açıqlama yayıb. Aktrisanın “Aclıq oyunları” və “X adamlar” adlı filmlərdən əldə etdiyi gəlir 46 milyon dollar olub.

İkinci yeri  33 milyon dollar gəlir ilə  Melissa Makkarti tutur. 3 –cü yerdə isə Skarlet Yohanson 25 milyon dollar gəlir ilə dayanır. Cennifer Eniston 21 milyon, Fan Binvin 17, Şarliz Teron 16.5 milyon dollar gəlirlə sonrakı yerləri bölüşürlər.

Cenifer Lorensin birinci yer tutmasına baxmayaraq ötən illə müqayisədə aktrisanın gəliri 6 milyon dollar azalıb. Maakarti isə əksinə büdcəsinə 10 milyon dollar daha çox əlavə edə bilib.

 

 Gununsesi.info