Dünyanın ən gənc çempionu: - 18 yaşlı Qukeş Dommaraju şahmatda tarix yazdı

Hindistanın gənc şahmatçısı Qukeş Dommaraju 2024-cü il FİDE Dünya Şahmat Çempionatında çinli rəqibi Dinq Liren üzərində 7,5-6,5 hesabı ilə qalib gələrək klassik şahmat üzrə ən gənc dünya çempionu adını qazanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qələbəsini göz yaşları içində qeyd edən Qukeş Vişvanatan Ananddan sonra Hindistanın ikinci dünya çempionu olub.

18 yaşlı Qukeş 14 oyunluq final seriyasının son oyununa Dinqlə bərabər xalla çıxıb. Qarşılaşma sürətli şahmat taybreyklərinə doğru getdiyi bir vaxtda Dinqin kritik səhvi Qukeşə qalibiyyət xalı verdi.

Qələbədən sonra göz yaşlarını saxlaya bilməyən Qukeş atasını qucaqlayaraq emosional bayram keçirib. Hindistanda şahmat həvəskarları gənc çempionun uğurunu coşqu ilə qeyd ediblər. Qukeş Vişvanatan Ananddan sonra Hindistanın ikinci dünya çempionu oldu.

Oyunsonrası mətbuat konfransında duyğularını bölüşən Qukeş əvvəlcə Dinqin səhvini anlamadığını bildirsə də, bu anı “həyatının ən yaxşı anı” kimi qiymətləndirib.

“Mən şahmat oynamağa başlayanda altı yaşım yarımdan bu anı xəyal edirdim. Hər bir şahmatçı bu anı yaşamaq istəyir, lakin buna nail olanlar çox azdır. Hazırda arzumu yaşayıram”, – Qukeş deyib.

Orxan Saffari

Gununsesi.info