
Dünyanın ən gözəl qadını sevgilisi tərəfindən aldadılaraq, 10 milyon pulu oğurlanıb.
Gununsesi.info xəbər verir ki, 1960-cı illərdə “dünyanın ən gözəl qadını” kimi tanınan italyan aktrisa Gina Lollobrigidanın yanvar ayında vəfat etməmişdən əvvəl özündən 59 yaş kiçik sevgilisi Andrea Piazzolla tərəfindən aldadıldığı ortaya çıxıb.
Gina Lollobrigidanın “beyinini yuyaraq” 10 milyon avroluq əmlakı mənimsəməkdə təqsirli bilinən Andrea Piazzolla 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, italyan aktrisa 1960-cı illərdə “dünyanın ən gözəl qadını” seçilib. Ötən ilin yanvarında 95 yaşında dünyasını dəyişən qadın 1998-ci ildə 21 yaşında sürücü kimi işə başlayan Andrea Piazzolla (36) ilə həyatının son illərini keçirib, 2013-2018-ci illər arasında köməkçisi, sonra isə sevgilisi olub. Gina Lollobrigida vəsiyyətində mülkünü oğlu Milko Skofic Jr-a buraxıb.
Vəsiyyətnamə elan edildikdən sonra oğlu Andrea Piazzollanı anasının əmlakın bir hissəsini ona vermək üçün təzyiq etməkdə günahlandırıb.
İddianı araşdıran səlahiyyətlilər qadının sərvətində 10 milyon avronun olmadığını müəyyən ediblər.
3 il həbs cəzasına məhkum edilən Andrea Piazzolla “Lollobrigidaya sevgi ilə baxan yeganə insan mən idim” deyərək qərardan şikayət edəcəyini bildirib.
Gununsesi.info